“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Olimpiya” Macarıstanda yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Sloveniya təmsilçisi yerli “Ferensvaroş”la qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.
“Olimpiya” cümə günü Misirin “Əl-Əhli” klubu ilə yoxlama görüşündə qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı oyunlar iyulun 11-də və 18-də keçiriləcək.
saytlarin hazirlanmasi