UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Sloveniyanın “Olimpiya” klubu daha bir yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Lyublyana təmsilçisi bu dəfə Misirin “Əl-Əhli” klubu ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib. Hesabı 50-ci dəqiqədə penalti zərbəsi ilə Sloveniya çempionunun üzvü Brkiç açıb. Lakin misirlilər 71-ci dəqiqədə məğlubiyyətdən xilas ola biliblər.
Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı oyunlar iyulun 11-də və 18-də keçiriləcək.
saytlarin hazirlanmasi