"Qarabağ" Sloveniyaya yola düşdü

19:14 - 9 İyul 2018

Avstriyada təlim-məşq toplanışınını başa vuran “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində "Olimpiya" ilə keçiriləcək oyun üçün Sloveniyaya yola düşüb.

 

Sportal.az xəbər verir ki, bu haqda klubun "Facebook" səhifəsi məlumat yayıb. Məlumatda komandanın Sloveniyaya düşdüyü bildirilib.

 

Xatırladaq ki,  “Olimpiya” (Lyublyana) - “Qarabağ” oyunu iyulun 11-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Cavab matçı iyulun 18-i Bakıda reallaşacaq.

Xəbər xətti