"Qarabağ"da ciddi itki

21:48 - 18 İyul 2018

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində ilk matçda 1:0 hesabı ilə qalib gəldiyi Sloveniyanın "Olmipiya" klubunu qəbul edir.

 

Sportal.az xəbər verir ki, ilk hissənin sonlarına yaxın "Qarabağ" ciddi itkiylə üzləşib. Komandanın yarımmüdafiəçisi Dani Kintana zədələnib. İspaniyalı futbolçu bu səbəbdən oyunu davam etdirməyib. 31 yaşlı futbolçunun əvəzinə meydana Filip Ozobiç daxil olub.

 

Qeyd edək ki, ilk hissədən sonra hesab açılmayıb.

Xəbər xətti