Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, təmsilçimiz 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə 1:0 hesabıyla məğlub etdiyi Sloveniya çempionu “Olimpiya”nı bu dəfə doğma meydanda sınağa çəkib. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə təmsilçimizi növbəti mərhələyə yüksəldib.
Qeyd edək ki, "Qarabağ" ÇL-in 2-ci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu
18 iyul
"Qarabağ" - "Olimpiya" - 0:0
saytlarin hazirlanmasi