"Qarabağ"ın futbolçusu bu komanda ilə qarşılaşmaq istəmir

16:06 - 19 İyul 2018

"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, O, Çempionlar Liqasının növbəti mərhələlərində sabiq klubu "Legiya" ilə qarşılaşmaq istəmədiyini bildirib:

 

"Gəlin, təsnifat mərhələsində bu iki komandanı qarşıladırmayaq (gülür). Qoy, hər ikisi Çempionlar Liqasının qrup mərhələsinə yüksəlsin".

 

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində Albaniyanın "Kukesi" klubu ilə qarşılaşacaq.

Xəbər xətti