"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibi müəyyənləşdi

15:20 - 23 İyul 2018

Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb. 

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizəni dayandıracaq klubların da  Avroliqadakı rəqibləri bəlli olub. 

 

"Qarabağ" "Kukesi" səddini keçə bilməsə, “Torpedo” (Kutaisi, Gürcüstan) - “Vikinqur” (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 9-da və 16-da keçiriləcək.

Xəbər xətti