"Kukesi"nin rəsmisi: "Azərbaycanda yaşadıqlarımı ən gözəl anlar kimi xatırlayıram"

13:29 - 25 İyul 2018

"Qarabağ"ın sabiq futbolçusu və "Kukesi"nin idman direktoru Nderim Nedzipi Albaniya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, makedoniyalı mütəxəssis bu gün ÇL-in II təsnifat mərhələsində "Kukesi"nin "Qarabağ"a qarşı keçirəcəyi oyunla bağlı və "Qarabağ"a keçidini xatırlyıb:

 

"2011-ci ilin yanvarında Belçikanın "Lyers" klubundan "Qarabağ"a keçdim. Orada iki alban futbolçu - Ansi Aqolli və Admir Teli var idi. Orada yaxşı vaxt keçirdim. Əlbəttə, Belçika və Azərbaycan futbolunda fərq var. Bakı çox gözəl şəhərdir. "Qarabağ" Azərbaycanın ən güclü komandası kimi tanınır. Bu komanda ilə bağlı bütün məlumatları baş məşqçiyə vermişəm. Orada çoxlu dostlarım var. Azərbaycanda yaşadıqlarımı ən gözəl anlar kimi xatırlayıram. Mən bu dəfə onlara rəqibəm. "Kukesi" ilə sabiq klubuma qalib gəlmək istəyirəm. Buna futbolçu kimi olmasa da, tribunadan klub rəsmisi olaraq, nail olmaq istərdim".

 

Qeyd edək ki, Nedzipi "Qarabağ"da 2011-2012-ci illərdə çıxış edib və 24 oyuna 4 qol vurub.

Xəbər xətti