"Uzun illərdir ki, "Qarabağ"da çıxış edirəm. Burada böyük təcrübə qazanmışam, duyğulu və gözəl anlar yaşamışam".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli deyib. 35 yaşlı müdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Kukesi" - "Qarabağ" matçını dəyərləndirib.
Təcrübəli futbolçu ilk dəfə Albaniya klubuna qarşı oynadığını deyib: "İlk dəfə idi iki, Albaniya klubuna qarşı rəsmi oyunda çıxış etdim. Fərqli hisslər idi. "Kukesi" yaxşı komadandır və ildən-ilə inkişaf edir. Bir neçə il öncə Albaniya komandası avrokubokların qrupunda çıxış etmişdi. Armando Kunqu bacarıqlı mütəxəssidir. O, da bunu bacaracaq məşqçilərdəndir".
Aqolli cavab oyunu haqda danışıb: "Cütün taleyi 180 dəqiqə ərzində məlum alır. Tamaşanın ilk hissəsi başa çatdı. Artıq komandalar digər 90 dəqiqəni düşünməyə başlayacaqlar. Öz meydanımızda əlimizdən gələni edəcəyik. Futbolda son dəqiqəyə kimi vuruşmaq lazımdır".
saytlarin hazirlanmasi