Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Albaniyanın "Kukesi" klubunu qəbul edəcək "Qarabağ" oyunun hazırlıqlarına start verib.
Sportal.az xəbər verir ki, yeni transferlər - Con Delarja İnnosent Emeqara Ağdam klubunda ilk məşqlərini keçiriblər. Zədəli olan Dani Kintana və Hannes Halldorson komanda ilə məşqlərə qatılıblar.
“Qarabağ” - “Kukesi” matçı avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. İlk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Fotolar klubun "facebook" səhifəsinə məxsusdur.
saytlarin hazirlanmasi