Ötən mövsüm "Real"dan ayrılaraq, "Yuventus"a transfer olan Kriştiano Ronaldonun Madrid klubundan getməsinin səbəbləri məlum olub.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun gedişinə vergi borcları ciddi təsir edib. Ronaldonun vəkili Karlos Osorio bu barədə "Real"ın prezidenti Florentino Pereslə görüşüb və ona anladıb. Ronaldo vergi borclarının 14,8 milyon avro olmasını bildikdən sonra getmək fikrini qətiləşdirib.
Vergi problemləriylə "Barselona"nın superulduzu Lionel Messi də üzləşmişdi, lakin klub ona dəstək olmuşdu. "Real"da bu dəstəyi görməyən Ronaldo rəhbərliyə etiraz edib və Lionel Messi və Neymardan az maaş almasını da qabardıb: "Bu, əsl hörmətsizlikdir. Mən "Qızıl top" mükafatları qazanmışam, amma Messi və Neymardan az maaş alıram. Söhbət puldan getmir, hörmətsizlik edilir".
Qeyd edək ki, Ronaldo 100 milyon avroya "Yuventus"a transfer olub.
saytlarin hazirlanmasi