"Portu"nun ispaniyalı əfsanəvi qapıçısı İker Kasilyas milli komandaya qayıtmaq istəyir.
Sportal.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə qeyd edilib ki, 37 yaşlı çərçivə qoruyucusu iki il fasilədən sonra yenidən milli formanı geyinmək fikrindədir. İllərin təcrübəsi millinin çalışdırıcısı Luis Enrike ilə bu barədə görüş keçirəcək və bu barədə fikirlərini öyrənəcək.
Kasilyasın adı İspaniya millisinin açıqlanan son siyahısında yoxdur.
Qeyd edək ki, Kasilyas millidə ilk oyununu 19 yaşında keçirib. 2000-ci ildən millidə çıxış edən qolkiper 167 matçda qapını qoruyub.
saytlarin hazirlanmasi