Serxio Ramos: "İndi hamı Ronaldodan danışacaq"

16:09 - 7 Oktyabr 2018

"Real"ın müdafiəçisi Serxio Ramos La Liqanın 9-cu turunda "Alaves"ə 0-1 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu son 4 oyunda qol vurmamalarının Kriştiano Ronaldo ilə əlaqəli olmadığını deyib:

 

"İndi hər kəs Ronaldonun yoxluğuna görə qol vurmadığımızdan bəhs edəcək. Ancaq Ronaldo komandada olanda da belə çətin anlar yaşamışıq. Əlbəttə, qollar olacaq, vuracağıq".

 

Kapitan sona qədər mübarizə apararaq, bu çətin durumdan çıxacaqıarını deyib: "İstədiyimiz nəticələri almırıq. Amma sona qədər mübarizə aparacağıq. Bu, bizim qanımızda var. Hədəflərimiz üçün sona qədər çalışacağıq".

 

Ramos baş məşqçi Julen Lopeteqiyə dəstək olub: "Bəzən baş məşqçi dəyişikliyi yaxşı şeydir. Bəzən isə lazım olmur. Hazırda baş məşqçi dəyişikliyi dəlilik olar. Bir az səbirli olmaq lazımdır".

 

Qeyd edək ki, "Real" La Liqanın turnir cədvəlində 14 xalla 2-cidir. 

Xəbər xətti