"Türk Messi" indi hardadır?

14:55 - 19 Oktyabr 2018

Bir neçə il əvvəl gələcəyin superulduzu kimi qələmə verilən Türkiyə millisinin üzvü Əmrə Morun performansında geriləmə davam edir.

 

Sportal.az xəbər verir ki, İngiltərə mətbuatı gələcəyin "Türk Messi"si kimi qələmə verilən futbolçunun oynadığı klublarda məşqçilər və komanda yoldaşları ilə yola getmədiyini yazıb. Məlumata görə, 21 yaşlı futbolçu "Borussiya"da çıxış edərkən baş məşqçi Tomas Tuhelin səbirini tükəndirmişdi və bu səbəbdən onunla yollar ayrılmışdı. Xəbərdə qeyd edilib ki, sosial şəbəkə hesabında paylaşdığı fotolar Əmrənin pul hərisi olduğunu göstərir. Əmrənin bu xarakterlə böyük futbolçu olmayacağı da vurğulanıb.

 

Qeyd edək ki, intizamsız futbolçu kimi tanınan Mor "Selta"da əsas heyətə düşə bilmir. O, əvəzedici heyətə göndərilib.

Xəbər xətti