"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu PSJ-də çıxış edən Neymarın transferiylə bağlı yayılan şaiyələrə münasibət bildirib.
Sportal.az xəbər verir ki, klub prezidenti braziliyalı hücumçunu transfer etmək planlarının olmadığını deyib: "2017-ci ildə PSJ Neymarın 222 milyon avroluq sərbəst qalma qiymətini ödəyərək, transfer etdi. Neymar artıq gedib və onu geri qaytarmaq niyyətimiz yoxdur. İndi Koutinyo, Dembele və digər futbolçularımız öz sözlərini deməlidir".
Bartomeu Lionel Messinin zədəsiylə bağlı bunları deyib: "Əlbəttə, bundan narahatıq, çünki dünya futbolunun ən önəmli oyunçusundan bəhs edirik. 3 həftə yaşıl meydanlardan kənar qalacaq və vacib matçlarda oynamayacaq".
saytlarin hazirlanmasi