"Mançester Yunayted"də işləri qaydasında getməyən Joze Mourinyo ilə bağlı yeni iddia ortaya atılıb.
Sportal.az xəbər verir ki, Madrid "Real"ı portuqaliyalı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Bu barədə "El Pais" nəşri məlumat yayıb. Məlumata görə, Madrid klubunun nümayəndələri 55 yaşlı mütəxəssislə danışıqlara başlayacaq. "Kral klubu" Julen Lopeteqinin istefasını açıqlamasa da, onun postundan qovulacağı gözlənilir.
Qeyd edək ki, Mourinyo 2010/2013-cü illərdə "Real"ı çalışdırıb.
saytlarin hazirlanmasi