"Real"ın futbolçusu 1 ay oynamayacaq

12:44 - 31 Oktyabr 2018

Madrid "Real"ında itki baş verib.

 

Sportal.az xəbər verir ki, La Liqanın 10-cu turunda "Barselona" ilə matçda zədələnən fransız futbolçunun sağ ayağında problem var. Onun 1 ay yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.

 

25 yaşlı müdafiəçi cari mövsüm 12 oyunda şans qazanıb.

 

Qeyd edək ki, "Real" "El-Klasiko"da "Barselona"ya 1:5 hesabı ilə uduzmuşdu. Sözügedən matçdan sonra baş məşqçi Julen Lopeteqi istefaya göndərilmişdi.

Xəbər xətti