Messi məşqlərə başladı

18:10 - 31 Oktyabr 2018

İspaniya La Liqasının 9-cu turunda “Sevilya” ilə oyunda zədələnən “Barselona”nın kapitanı Lionel Messi geri dönüb.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçu məşqlərə başlayıb. 31 yaşlı hücumçunun hazır olması bir həftə çəkəcək. 

 

Qeyd edək ki, Messi cari mövsüm 12 oyuna 12 qol vurub, 6 assist edib.

Xəbər xətti