“Barselona”da ciddi itki

15:30 - 8 Noyabr 2018

“Barselona”nın futbolçusu Filip Koutinyo 2-3 həftə yaşıl meydanlardan uzaq qala bilər.

 

Sportal.az xəbər verir ki, srağagün Çempionlar Liqasının 4-cü turunda “İnter”lə matçdan (1:1) sonra ağrılar hiss etməyə başlayan və daha sonra müayinə olunan brazilyalı ulduzun əzələsində yırtıq aşkarlandığı bildirilir.

 

26 yaşlı futbolçunun durumu haqda yaxın günlərdə rəsmi məlumat verilməsi gözlənilir.

 

Qeyd edək ki, F. Koutinyo bu mövsüm Kataloniya klubu ilə ümumilikdə çıxdığı 16 oyunda 5 qol vurub, 4 qol ötürməsi edib.

Xəbər xətti