"Portu"nun qapıçısı İker Kasilyas 16 il formasını geyindiyi "Real"a geri dönə biləcəyini açıqlayıb.
Sportal.az xəbər verir ki, 37 yaşlı qolkiper dəvət gəldiyi halda bunun reallaşa biləcəyini söyləyib:
"Real"dan, ya da İspaniya millisindən geri dönmək üçün təklif gəlsə, gedərəm. Böyüdüyüm yerləri unuda bilmərəm. O zaman "Real"dan ayrılmaq ən düzgün qərar idi. Əgər qalsaydım, hər şey daha da pisə doğru gedəcəkdi".
Qeyd edək ki, Kasilyasın "Portu" ilə müqaviləsi mövsümün sonunda başa çatır. İspaniyalı əlcək sahibi daha öncə açıqlamasında mövsüm başa çatanda karyerasını başa vuracağını demişdi.
saytlarin hazirlanmasi