İspaniya La Liqasının 13-cü turunda evdə "Real"a 3:0 hesabı ilə qalib gələn "Eybar" sürprizə imza atdı.
Sportal.az xəbər verir ki, qələbənin ardından klubun xanım prezidenti Amaya Qorostisa paltardəyişmə otağına gələrək, şampanla futbolçuları bir-bir təbrik edib. Klub tarixinin yeganə qadın prezidenti olan Qorostisa açıqlaması ilə diqqət çəkib:
"Bizim şəhərdə qadınların yeri önəmlidi. Cinsiyyət vacib deyil, gördüyümüz iş önəmlidi. Digər klublar da bizi örnək alsa, bundan qürur duyaram".
saytlarin hazirlanmasi