"Real" Modriçlə bağlı qərar verdi

01:21 - 27 Noyabr 2018

Cari mövsüm göstərdiyi performansla tənqid hədəfinə çevrilən Madrid "Real"ı Luka Modriçlə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, Madrid klubu müqaviləsi 2020-ci ildə başa çatacaq xorvat ulduzla yeni sözləşmə imzalamaq fikrində deyil. "Kral klubu" 8 milyon avro maaş alan 33 yaşlı yarımmüdafiəçi ilə yola davam etməyi düşünmür.

 

Məlumata görə, Modriçlə yaxından maraqlanan klub İtaliya "İnteri"di. 

 

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən "Real"da oynayır.

Xəbər xətti