Serxio Ramos: "Qanımda heç vaxt dopinq tapılmayıb"

12:54 - 27 Noyabr 2018

"Real"ın kapitanı Serxio Ramos "Football Leaks"in çıxardığı dopinq iddialarına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, sayt ispan futbolçunun 2017-ci ildə Çempionlar Liqasının finalında "Yuventus"la matçdan (4:1) öncə qanında dopinq tapıldığını, lakin UEFA-nın bunu gizlətdiyini ortaya çıxarmışdı. Ramos açıqlamasında bu iddiaları təkzib edib: "Bu, çox qarışıq vəziyyətdi. Vəkillərimlə görüşüb, bu xəbəri ortaya çıxanları məhkəməyə verəcəyik. Karyeramda 250-dən çox dopinq testindən keçmişəm. Ancaq heç vaxt qanımda dopinq tapılmayıb! Heç vaxt!"

 

32 yaşlı müdafiəçi bu xəbərləri şantaja görə uydurulduğunu deyib: "Son 2 ay ərzində belə şaiyələri yaymaqla üzərimizə gəlirlər. Pul almaq üçün bizi şantaj edirlər. Ancaq biz onların yalanlarından qorxmuruq. Çünki kimin düz danışdığını gözəl bilirik".

Xəbər xətti