"Barselona"nın müdafiəçisi Jerar Pike gələcək planlarından danışıb.
Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu futbol klubu alacağını deyib: "Futbol dünyası "bombalara" hazır olsun. Heyətimlə iki proyektin üzərində çalışırıq. Birincisi, futbol klubu almağı planlaşdırırıq. Bu barədə çox danışmaq istəmirəm. Digəri isə yeni bir turnir yaratmaq olacaq".
Qeyd edək ki, Pike daha əvvəl "Barselona"da prezident olmaq istədiyini demişdi.
saytlarin hazirlanmasi