"Mənə yardım edən hər kəsə, "Real"a, milli komandama minnətdaram. Bütün qohumlarıma,xanımıma və uşaqlarıma da təşəkkür edirəm".
Sportal.az xəbər verir ki, bu sözləri "qızıl top" mükafatını qazanan Madrid "Real"ının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç deyib. 33 yaşlı futbolçu hisslərini bölüşüb: "Uşaqlıqda böyük klubda oynamağı arzu edirdim, amma "qızıl top" xüsusi mükafatdı. Bu, inanılmazdı. Ona görə yox ki, əvvəllər bu mükafatı Ronalo və Messi əldə edib. "Qızıl top" uğrunda böyük istedadlar mübarizə aparırdı. Əgər bunu qazanmışamsa, deməli, özəl işlər görmüşəm".
Modriç uğurlarının sirrini açıqlayıb: "Böyük futbolçular arasında olmaq mənim üçün qürurdu. Uğurların açarının nə olduğunu söyləmək çətindi. Çətin zamanlarda əzm və istəklə çalışmağı söyləmək olar. Bir şeyi əldə etmək çətin şeydi. Ancaq gec də olsa, çalışsan, buna nail olacaqsan. O anı yaxalamağa hazır olun!"
saytlarin hazirlanmasi