“Atletik” klubu baş məşqçisi Eduardo Berizzo ilə yollarını ayırıb.
Sportal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna komandanın uğursuz çıxışları səbəb olub. Boş qalan vəzifəyə “Atletik” B komandasını çalışdıran Qaizka Qaritano gətirilib.
Qeyd edək ki, mövsümün əvvəlindən komandanı çalışdıran Berizzonun rəhbərliyi altında Bilbao təmsilçisi 14 turdan sonra sadəcə bir qalibiyyət alaraq 11 xalla 18-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi