Madrid “Atletiko”sunun müdafiəçisi Filipe Luis klubdan ayrıla bilər.
Sportal.az xəbər verir ki, braziliyalı oyunçu “İnter” və “Milan” klublarının transfer radarına düşüb. Milan təmsilçiləri 2019-cu ilin yayında “Atletiko”yla müqaviləsi bitəcək futbolçu üçün mübarizə aparırlar.
“Atletiko” Luisin yaşının çox olmasına görə onunla müqaviləni uzatmaqda maraqlı deyil. Bu səbəbdən də təcrübəli müdafiəçi yayda İtaliyaya üz tuta bilər.
saytlarin hazirlanmasi