"Mançester Yunayted"dən ayrılan Joze Mourinyonun işsiz günləri çox çəkməyə bilər.
Sportal.az xəbər verir ki, Madrid "Real"ının prezidenti Florentino Peres portuqaliyalı mütəxəssisi komandanın baş məşqçi postuna gətirmək istəyir. Bu barədə "Independent" nəşri məlumat yayıb. Xəbərdə qeyd edilib ki, Peresin Mourinyo ilə münasiblətləri yaxşıdır və qısa müddətdə danışıqlara start veriləcək.
"Real"ı hazırda Santyaqo Solari çalışdırsa da, Peresin onu gələcəkdə bu postda düşünmədiyi haqda xəbərlər gəzir.
Qeyd edək ki, 55 yaşlı mütəxəssis 2010-2013-cü illərdə "Real"ı çalışdırıb.
saytlarin hazirlanmasi