Klublararası dünya çempionatının qalibi məlum olub.
Sportal.az xəbər verir ki, həlledici görüşdə Madrid "Real"ı və BƏƏ-nin "Əl Əyn" klubu qarşılaşıb. Oyun İspaniya nəhənginin 4-1 hesablı qələbəsiylə yekunlaşıb. Bununla da "Real" dördüncü dəfə turnirin qalibi olub. "Kral klubu" daha öncə 2014, 2016 və 2017-ci illərdə dünya çempionu olmuşdu.
Turirdə 3-cü yeri Yaponiyanın "Kaşima" klubunu 4-0 hesabı ilə darmadağın edən Argentina təmsilçisi "River Pleyt" olub.
"Real" - "Əl Əyn" - 4:1
Qollar: Luka Modriç, 14 , Markos Lyorente, 60, Serxio Ramos, 79 (3:0), Yəhya Nader, 90 (avtoqol) - Tsukasa Şiotani, 86
saytlarin hazirlanmasi