Məşhur baş məşqçi Çinə yollandı

00:50 - 26 Dekabr 2018

İspaniyalı baş məşqçi Kiki Sançes Floresin yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 53 yaşlı çalışdırıcı Çində çalışacaq. Mütəxəssis ötən mövsümü Super Liqada 7-ci pillədə tamamlayan "Şanxay Şenhua"nın "sükanı arxası"na keçib. 

 

Qeyd edək ki, Sançes Flores "Hetafe", "Valensiya", "Benfika", "Atletiko", "Uotford" və "Espanyol" kimi klubları çalışdırıb.

Xəbər xətti