Futbolçu karyerasını başa vuran Braziliya millisinin sabiq üzvü Kaka İspaniya mətbuatına verdiyi müsahibə Madrid "Real"ındakı günləri xatırlayıb.
Sportal.az xəbər verir ki, 36 yaşlı veteran futbolçu klubda əsas problemlərindən birinin Joze Mourinyo olduğunu deyib:
"Real"da oynayanda iki problemim var idi: zədələr və Joze Mourinyo. Mourinyonu razı salmaq üçün üç il çalışdım. Ancaq qərarlar mənə məxsus deyildi".
Qeyd edək ki, Kaka karyerası ərzində “San Paolo”, “Real”, “Milan”, “Orlando Siti” kimi komandalarda çıxış edib. O, Braziliya millisində 92 oyuna 29 qol vurub.
saytlarin hazirlanmasi