Mövsümün əvvəlində "Barselona"dan "Everton"a keçən Yerri Mina yenidən La Liqaya qayıda bilər.
Sportal.az xəbər verir ki, Kolumbiya millisinin üzvü üç klubun maraq dairəsindədir. 24 yaşlı futbolçuyla "Real Sosyedad", "Real Betis" və "Valensiya" klubları maraqlanır. Adıçəkilən klublar Minanı icarəyə götürmək üçün Liverpul təmsilçisinə təklif göndərəcəklər.
Qeyd edək ki, Mina cari mövsüm Premyer Liqada 8 oyun keçirib. "Everton" kolumbiyalı müdafiəçi üçün 30 milyon avro təzminat ödəmişdi.
saytlarin hazirlanmasi