Adı "Çelsi" və digər klublarla hallanan Madrid "Real"ının yarımmüdafiəçisi İsko qərarını verib.
Sportal.az xəbər verir ki, İspaniya millisinin üzvü qış fasiləsində komandadan ayrılmayacağını söyləyib:
"2019-cu il üçün çox həyəcanlıyam. Yanvarda klubu tərk etməyəcəm, çünki "Real"da xoşbəxtəm. Təbii ki, titullar qazanmağa davam etmək üçün ayrılmaq fikrim yoxdur".
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Malaqa"dan "Real"a keçib.
saytlarin hazirlanmasi