Keylor Navas "Real" azarkeşləriylə vidalaşdı

12:22 - 2 Yanvar 2019

“Real”ın qolkiperi Keylor Navas Madrid klubunun azarkeşləriylə vidalaşıb.

 

Sportal.az xəbər verir ki, Tibo Kurtuanın gəlişindən sonra əsas heyətdə yerini itirən 32 yaşlı əlcək sahibi "İnstagram" sosial şəbəkə hesabında hekayə bölməsində “Hər şey üçün sağ olun” yazıb. "Marca" nəşri Navasın karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istədiyini yazıb.

 

Qeyd edək ki, Kosta-Rika millisinin üzvü 2014-cü ildən "Real"da çıxış edir.

 

Xəbər xətti