Türkiyə millisinin futbolçusu Əmrə Mor "Selta"da əsas heyətə düşə bilmir.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, intizamsız futbolçu kimi tanınan Əmrəni Viqo klubu transferə çıxarıb. "Selta" türkiyəli futbolçu ilə yanaşı, Fakundo Ronkalya, Robert Masan və Nemanya Radoxanı da satış siyahısına qoyub.
Qeyd edək ki, "Selta" türkiyəli oyunçunu 2017-ci ildə 14 milyon avroya "Borussiya"dan almışdı. Gözləntiləri verməyən, məşqçi və komanda yoldaşları ilə tez-tez problem yaşayan 21 yaşlı vinqer cari mövsüm La Liqada cəmi 7 oyun keçirib.
saytlarin hazirlanmasi