Türkiyə millisinin futbolçusu Əmrə Mor "Selta"nın əsas komandasından uzaqlaşdırılıb.
Sportal.az "Faro de Vigo"ya istinadən xəbər verir ki, buna onun intizamsız hərəkətləri səbəb olub. Komandanın baş məşqçisi Migel Kardosonu boğaza yığan, komanda yoldaşları ilə yola getməyən "Türk Messi" ləqəbli futbolçu transferə çıxarılsa da, ona yiyə durmaq istəyən komanda tapılmır. Səbiri tükənən baş məşqçi intizamsız hərəkətlərinə görə Əmrəni heyətdən uzaqlaşdırıb. Daha öncə Mor Viqo klubunda iki fərqli məşqçi tərəfindən ikinci komandaya göndərilmişdi.
21 yaşlı vinger Dortmund "Borussiya"sında olan zaman Tomas Tuheli də bezdirmişdi. İstedadlı futbolçu kimi qələmə verilən oyunçu Türkiyə millisində bir neçə dəfə Fatih Terimin qərarlarına sərt şəkildə etiraz etmişdi.
Xəbərdə Əmrə pul hərisi adlandırılıb və xarakterinə görə böyük futbolçu olmayacağı vurğulanıb.
Qeyd edək ki, "Selta" türkiyəli oyunçunu 2017-ci ildə 14 milyon avroya "Borussiya"dan almışdı. Gözləntiləri verməyən futbolçu cari mövsüm La Liqada cəmi 7 oyun keçirib.
saytlarin hazirlanmasi