Braziliya millisinin üzvü Marselo İspaniyanın "Real" klubunu tərk etmək niyyətindədir.
Sportal.az xəbər verir ki, 31 yaşlı sol cinah müdafiəçisi klub rəhbərliyindən transferə çıxarılmasını istəyib. Onun karyerasıını sabiq komanda yoldaşı Kriştianu Ronaldonunun formasını geyindiyi İtaliyanın "Yuventus" klubunda davam etdirməyi düşündüyü bildirilir.
2017-ci ildən "kral klubu"nun uğurları üçün çalışan Marselonun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, braziliyalı müdafiəçi artıq çəkiyə görə “Real Madrid”də əsas heyət oyunçusu statusunu itirib.
saytlarin hazirlanmasi