Kapitanla müqavilə uzadıldı

18:34 - 4 Fevral 2019

İspaniya La Liqasında çıxış edən "Valensiya"da yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "yarasalar" kapitanı Dani Parexo ilə müqavilə müddətini 2022-ci ilin yayına qədər uzadıb.

 

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi 2011-ci ildən "Valensiya"da oynayır.

Xəbər xətti