"Barselona" PSV-nin gənc futbolçusu Məhəmməd İhattareni transfer hədəfinə alıb.
Sportal.az "Diario Sport"a istinadən xəbər verir ki, 17 yaşı təzə tamam olan yarımmüdafiəçi üçün katalonlar rəsmi təklif göndərməyə hazırlaşır.
Məhəmməd PSV-nin Hollandiya Eredviziyasının 19-cu turunda "Qroningen"lə matçında debüt edib. Gənc istedad cari mövsüm Erediviziyada üç oyun keçirib. Futbolçunun Mərakeş və Hollandiya pasportu var. İhattaren Hollandiyanın U-19 millisində çıxış edir.
saytlarin hazirlanmasi