Madrid "Real"ı cari mövsüm istədiyi performansı ala bilmədiyi Qaret Beyllə bağlı qərar verib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" mövsümün sonunda 29 yaşlı vingeri satmağa qərar verib. Klub rəhbərliyi 29 yaşlı futbolçunun Ronaldonun gedişindən sonra səhnəyə çıxa bilməməsinə görə bu addımı atıb. Beylə "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" maraq göstərir.
Qeyd edək ki, "Real"la 2022-ci ilə qədər müqaviləsi olan uelsli futbolçu cari mövsüm 30 oyuna 12 qol vurub, 5 assist edib.
saytlarin hazirlanmasi