"Yuventus" hücumçusu Mario Mancukiçlə bağlı yeni qərar verib.
Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisinin yeni baş məşqçisi Maurisio Sarri 33 yaşlı forvardı gələcək planında görmür.
A Seriyasının digər klubu "Latsio" xorvatiyalı hücumçu üçün hərəkətə keçib. Mancukiç illik 4 milyon avroluq maaş tələbində endirimə getsə, transferin reallaşacağı gözlənilir.
Xorvatiya millisinin sabiq üzvünün "qoca sinyora" ilə müqaviləsi 2021-ci ilə qədərdir. 2015-ci ildən "Yunvetus"da çıxış edən Mancukiç 162 oyuna 44 qol vurub, 24 assist edib.
saytlarin hazirlanmasi