"Roma"nın vingeri Stefan Əl-Şaaravi Çindən aldığı təklifdən imtina edib.
Sportal.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu "Şanxay Şenhua"nın illik 13 milyon avroluq maaş təklif təklifini qəbul etməyib. İtaiya millisinin üzvü "Roma"yla yeni müqavilə imzalamağa qərar verib.
"Avropadan ayrılmağı düşünmürəm. Hələ 26 yaşım var. Çinə getmək erkəndir", - deyə futbolçu açıqlamasında bildirib.
Əl-Şaaravi 2016-cı ildə "Milan"dan "Roma"ya 13 milyon avroya keçmişdi.
saytlarin hazirlanmasi