Rusiyanın "Zenit" klubunda ayrılıq reallaşıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi italiyalı futbolçusu Klaudio Markizio ilə yolları ayırıb. Klub italiyalı futbolçunun 2020-ci ildə bitəcək müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
33 yaşlı yarımmüdafiəçi ötən mövsüm dizindən ciddi zədə alıb.
Qeyd edək ki, Markizio "Yuventus"un yetirməsidir və 2005-ci ildə Turin klubunun əsas komandasına qalxmışdı.
saytlarin hazirlanmasi