İtaliyanın "İnter" klubu iki futbolçusu - Raca Nainqqolan və Mauro İkardiylə yolları ayırmağa qərar verib.
Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, klubun direktoru Beppe Marotta hər iki oyunçunun satış siyahısında olduğunu bildirib:
"İkardi və Nainqqolan bizim planlarımızda yer almır. İkisinə də hörmət edirəm, ancaq özləri də bizim planımızda olmadıqlarını anlayır. Bu durum onların performansları ilə əlaqəli deyil. Hər ikisi güclü futbolçudur. İstedadlı futbolçu oyunu qazandırır, çempionluğu isə komanda əldə edir. Bizim də məqsədimiz komanda qurmaqdır. Hər ikisi vəziyyəti bilir".
İkardi 2013-cü ildən "İnter"də çıxış edir. Naiqqolan isə ötən yay "Roma"dan transfer edilib.
saytlarin hazirlanmasi