Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə "Səbail"i 3:2 hesabıyla məğlub edən Rumıniyanın "Universitatya Krayova" klubunun baş məşqçisi Korneliu Papure fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis cavab matçında favorit olduqlarını deyib:
"Yaxşı oyun alındı. 3 qol vurduq, başqa şanslarımız da oldu. 2 lazımsız qol buraxdıq. Oyunçularımın çıxışından çox razı qaldım. Avropa Liqasında 26 il sonra ilk qələbəmizi qazandıq. Ümid edirəm ki, bundan sonra da yaxşı nəticələr qazanarıq. səfər oyununda 3 qol vurmaq yaxşıdır. Kifayət qədər şansımız var idi. Çoxlu səhvlər etdik, ancaq bu mövsümün əvvəli olduğu üçün normal sayıla bilər. Biz favoritik, başqa heç nə haqda düşünmək düz deyil. Əsas olan motivasiyasımızı qorumaqdır".
45 yaşlı mütəxəssis 2 top buraxdıqları üçün üzüldüyünü deyib:
"Əlbəttə, qol buraxmadan qələbə qazanmağı fikirləşirsən. Öz səhvlərimizdən rəqib 2 top vurdu. Rəqibin heyətində yaxşı oyunçular var. Xüsusən də meydan mərkəzindəkiləri qeyd edərdim. Yevqeni Koçuk və kapitan Rahid Əmirquliyevin adlarını çəkə bilərəm. Konkret kimi öz komandama götürərdim? Bu barədə bir söz deyə bilmərəm".
saytlarin hazirlanmasi