"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa"ya (Moldova) qarşı keçirəcəyi cavab matçının hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, qarşılaşma avstriyadan olan briqadasına tapşırılıb. Baş hakim Yulian Vaynberger olacaq. Ona yan xətdə Maksimilian Kolbiç və Mixael Nemets kömək edəcək. Andrea Hayss isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
İyulun 18-də 8-ci km stadionunda keçiriləcək "Neftçi" - "Sperantsa" matçı saat 21:00-da başlanacaq. Komandalar arasında Moldovada oynanılan görüş "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi