Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi"ni qəbul edəcək Rusiyanın "Arsenal" klubunun baş məşqçisi İqor Çerevçenko mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis "Neftçi"nin yaxşı komanda olduğunu deyib:
"Neftçi" yaxşı komandadır. Onlar Moldova klubuna iki oyuna 9 qol vurub və nəzərə alaq ki, indi hər kəs futbol oynaya bilir. Cavab matçında 6 qol vurmaları yaxşı göstəricidir. "Neftçi"nin çoxlu legioneri var. Güclü komandadır, hər il avrokuboklarda mübarizə aparırlar. Buna görə də asan olmayacaq".
Tacikistanlı çalışdırıcı "Arsenal"ın Avropa Liqasındakı hədəfi barədə danışıb:
"Avropa Liqasında debüt etməyimiz Tula futbolu üçün əlamətdardır. Azarkeşlər bu anı bütün həyatları boyunca gözləyir. Ancaq qrupa düşmək üçün hələ çox yol var. Bir hədəfimiz var - Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq. Bunu reallaşdırmaq çox çətindir, ancaq hər şey bizə bağlıdır".
saytlarin hazirlanmasi