"Yuventus"un vitse-prezidenti Pavel Nedved komandanın hücumçusu Paulo Dibalanın gələcəyi barədə danışıb.
Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, sabiq çexiyalı futbolçu argentinalı futbolçuya təkliflər gəldiyini deyib:
"Paulo Dibalaya təkliflər və maraqlanan klublar var. Ancaq qərar vermək üçün sakit şəkildə gözləyəcəyik. Romelu Lukaku və digər futbolçularla bağlı açıqlama vermək istəmirəm. Ardıcıl 8 dəfə çempionluq yaşadıq, güclü komanda olduğumuzu düşünürük. Transfer pəncərəsi açıqkən heyətimizi gücləndirməyə çalışır".
Argentina millisinin üzvünün "Yuventus"la müqaviləsi 2022-ci ildə başa çatacaq. 25 yaşlı futbolçu ötən mövsüm 41 oyuna 10 qol vurub, 6 assist edib.
saytlarin hazirlanmasi