"Neftçi"yə qarşı mübarizə aparmaq çətin olacaq" - "Bney Yehuda"nın baş məşqçisi

12:12 - 5 Avqust 2019

İsrailin "Bney Yehuda" klubunun baş məşqçisi Yossi Abukasis Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəkləri oyunlar barədə danışıb.

 

Sportal.az sport5.co.il saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis "Neftçi"nin "Arsenal"la ev görüşünü stadionda izlədiyini bildirib. İsrailli mütəxəssis "Neftçi" ilə oyunların çətin keçəcəyin deyib:

 

"Rəqib çox keyfiyyətli legionerlərə sahib olan komandadır. "Neftçi"yə qarşı mübarizə aparmaq çətin olacaq. Qazanan tərəf olmaq üçün əlimizdən gələni edəcəyik".

 

Cütün ilk oyunu avqustun 8-i, Bakıda yerləşən 8-ci km stadionunda baş tutacaq. Komandaların cavab dueli isə avqustun 15-i, Təl-Əvivdə reallaşacaq. Oyunlar 21:00-da keçiriləcək.

Xəbər xətti