Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi" ilə Bakıda keçirilən matçda "Bney Yehuda"nın müdafiəçisi Paz Ben Arinin qolunda qırıq aşkarlanıb.
Sportal.az xəbər verir ki, Təl-Əviv təmsilçisinin futbolçusu oyundan dərhal sonra Bakıdakı xəstəxanalardan birinə aparılıb. 23 yaşlı futbolçuya dirsək sümüyünün sınığı və dirsək bağlarının zədələnməsi diaqnozu qoyulub.
Futbolçu gecə saatlarında komandasının qaldığı otelə qayıdıb.
İsraildə keçiriləcək cavab görüşü avqustun 15-də baş tutacaq. Cütün ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.
saytlarin hazirlanmasi